Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Azərbaycan və Pakistan XİN başçıları Yaxın Şərqdə gərginliyin azaldılmasının vacibliyini vurğulayıblar
siyasət

Azərbaycan və Pakistan XİN başçıları Yaxın Şərqdə gərginliyin azaldılmasının vacibliyini vurğulayıblar

19-03-2026 09:00 12 Просмотров
IMG

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darla görüşüb.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

 

Qeyd olunub ki, nazirlər regional təhlükəsizlik vəziyyəti və son geosiyasi inkişaflar barədə fikir mübadiləsi aparıblar, Yaxın Şərqdə gərginliyin azaldılmasının, sabitliyin təmin olunmasının vacibliyini vurğulayıblar.

 

Tərəflər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.