Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Tvit.az xəbər verir ki, Xocavənd şəhərinə və Xocalı rayonunun Xanabad kəndinə növbəti köç karvanı yola salınıb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xocavənd şəhərinə 46 ailə (177 nəfər), Xanabad kəndinə isə 19 ailə (89 nəfər) köçürülüb.