Gəncədə 34 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb.
Tvit.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində R. Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 22 yaşlı Şahmurad Kazımov tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.