Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Si Cinpin İlham Əliyevi təbrik edib
siyasət

Si Cinpin İlham Əliyevi təbrik edib

23-03-2026 13:00 21 Просмотров
IMG

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Tvit.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:


"Hörmətli cənab Prezident. Bahar bayramı münasibətilə göndərdiyiniz təbrik məktubuna görə Sizə səmimi təşəkkürümü bildirirəm. Çin Hökuməti və xalqı adından Sizi, Azərbaycan Hökumətini və bütün Azərbaycan xalqını ənənəvi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm.

 

Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır. Son illərdə qarşılıqlı siyasi etimad möhkəmlənir, bütün sahələrdə əməkdaşlıq inkişaf edir. Çin ilə Azərbaycan arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verirəm və iki ölkə xalqlarının mənafeləri naminə Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra daha da inkişaf etdirilərək yeni səviyyəyə yüksəldilməsi üçün Sizinlə birlikdə səylər göstərməyə hazıram.

 

Sizə möhkəm cansağlığı və firavanlıq arzulayıram".