Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ "Nyukasl"ın müdafiəçisi Sven Botman üz sümüyünün sınığı ilə əlaqədar əməliyyat edilib
СПОРТ

"Nyukasl"ın müdafiəçisi Sven Botman üz sümüyünün sınığı ilə əlaqədar əməliyyat edilib

24-03-2026 10:00 20 Просмотров
IMG

İngiltərənin "Nyukasl" klubunun müdafiəçisi Sven Botman üz sümüyünün sınığı səbəbindən əməliyyat olunub.

 

Tvit.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

26 yaşlı niderlandlı futbolçu İngiltərə Premyer Liqasının "Sanderlend"ə qarşı keçirilən oyununda (1:2) xəsarət alıb. O, qarşılaşmanın ikinci hissəsində başından zədələnərək meydandan kənarlaşdırılıb.

 

Müdafiəçinin müəyyən müddət ərzində yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

 

Qeyd edək ki, müdafiəçi 2025/2026 mövsümündə keçirdiyi 31 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.