İranın İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) İsrail ərazisindəki hədəflərə və regionda yerləşən ABŞ hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə növbəti zərbə seriyasına başlayıb.
Tvit.az-ın məlumatına görə, bu barədə İslam Respublikasının dövlət televiziyası xəbər verib.
Qeyd olunub ki, hazırkı hücum dalğası artıq 82-ci hesab edilir. Əsas zərbənin istiqaməti barədə hələlik məlumat yoxdur.