Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ "Atletiko" Xulian Alvaresi saxlamaq üçün maaşını artırmağa hazırdır
СПОРТ

"Atletiko" Xulian Alvaresi saxlamaq üçün maaşını artırmağa hazırdır

27-03-2026 16:00 14 Просмотров
IMG

İspaniyanın "Atletiko" klubu futbolçusu Xulian Alvaresin müqaviləsini yaxşılaşdırmaq niyyətindədir.

 

Tvit.az "Marca"ya istinadən xəbər verir ki, Madrid təmsilçisinin rəhbərliyi hücumçunu komandada saxlamaq üçün ona daha yüksək maaşla yeni sözləşmə təklif etməyə hazırlaşır.

 

26 yaşlı forvard hazırda ildə təxminən 7 milyon avro əməkhaqqı alır. Yeni razılaşmada bu rəqəmin 9+1 milyon avroya qədər artacağı gözlənilir.

 

Argentinalı oyunçu "Barselona" və İngiltərə təmsilçisi "Arsenal" da daxil olmaqla bir neçə böyük klubun diqqət mərkəzindədir.

 

Qeyd edək ki, Xulian Alvares 2024-cü ildən "Atletiko"da çıxış edir.