Almaniya nəhəngi "Bavariya"nın heyətində çıxış edən hücumçu Nikolas Cekson yay transfer pəncərəsində İngiltərəyə dönüş edəcək.
Tvit.az xəbər verir ki, icarə müddəti başa çatan hücumçu yenidən "Çelsi"nin düşərgəsinə qoşulacaq.
Hazırda klublar arasında nə yeni icarə sözləşməsi, nə də tamhüquqlu keçidlə bağlı hər hansı bir müzakirə mövcud deyil. Digər komandaların da diqqət mərkəzində olan 24 yaşlı forvardın mövsüm yekunlaşdıqdan sonra London təmsilçisinə qayıtması nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, N.Cekson bu mövsüm Almaniya Bundesliqasında meydana çıxdığı 19 qarşılaşmada rəqib qapılarından 6 top keçirib və bir məhsuldar ötürmə müəllifi olub. Forvard, həmçinin UEFA Çempionlar Liqasında keçirdiyi 8 oyunda aktivinə üç qol və iki assist yazdıraraq yadda qalan bir performans sərgiləyib.