Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Zelenski Aİ liderləri ilə görüşdü
dünya

Zelenski Aİ liderləri ilə görüşdü

23-04-2026 22:00 23 Просмотров
IMG

Ukrayna Prezidenti Vladimir Zelenski Kiprdə keçiriləcək xüsusi iclas ərəfəsində Aİ liderləri – Koşta və fon der Lyayenlə görüş keçirib.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Məlumata əsasən, danışıqların əsas mövzusu 2026–2027-ci illər üçün Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avroluq maliyyə yardımının blokdan çıxarılması olub.

 

Bildirilib ki, növbəti mərhələ isə Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların irəlilədilməsi olmalıdır.

Fon der Lyayen həmçinin qeyd edib ki, yardımın ilk tranşı artıq yaxın zamanda ayrılacaq. Vəsaitin bir hissəsi müdafiə ehtiyaclarına, o cümlədən pilotsuz texnologiyaların inkişafına yönəldiləcək.

 

Aysel Şirinova