Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Yunanıstan və Azərbaycan təhsil sahəsində əməkdaşlığı müzakirə ediblər
siyasət

Yunanıstan və Azərbaycan təhsil sahəsində əməkdaşlığı müzakirə ediblər

24-04-2026 21:00 26 Просмотров
IMG

Yunanıstanın Bakıdakı səfiri Mariya Papakonstantinu ilə elm və təhsil naziri Emin Əmrullayev təhsil sahəsində Yunanıstan-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi perspektivlərini müzakirə ediblər.

 

Tvit.az xəbər verir ki, bu barədə səfirlik "X" sosial şəbəkəsində məlumat yayıb.

 

"Müzakirə zamanı əsas diqqət təhsil sahəsində Yunanıstan-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi perspektivlərinə yönəldilib, bununla yanaşı, hər iki tərəf əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazır olduqlarını ifadə ediblər", - bildirilib.