Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Putin: Kiyev hər gün ərazi itirir
dünya

Putin: Kiyev hər gün ərazi itirir

28-04-2026 22:00 19 Просмотров
IMG

Kiyev rejimi hər gün cəbhə xəttində ərazi itirir və bunu geri qaytara bilməyərək terrorizmə üz tutur. 

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin seçki təhlükəsizliyi ilə bağlı iclasda deyib. 

 

Rusiya lideri qeyd edib ki, Kiyev rejimi döyüş meydanında Rusiya Silahlı Qüvvələrini dayandıra bilmədiyi üçün indi açıq terror metodlarına əl atıb. 

 

"Düşmən qoşunlarımızın, oğlanlarımızın təmas xətti boyunca irəliləməsini dayandıra bilmir və hər gün ərazi itirir. Hər gün", - deyə prezident vurğulayıb.

 

Aysel Şirinova