Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ ​Türkiyədə Rekord: 222 ölçülü geyilə bilən nəhəng ayaqqabı istehsal edildi
ДРУГОЕ

​Türkiyədə Rekord: 222 ölçülü geyilə bilən nəhəng ayaqqabı istehsal edildi

29-04-2026 23:00 21 Просмотров
IMG

​Türkiyənin əsas dəri istehsalı mərkəzlərindən sayılan Bolunun Gerede rayonunda maraqlı bir layihəyə imza atılıb. Gerede Peşə Məktəbinin Ayaqqabı Dizaynı Bölümünün texniki Əhməd Çetinkaya və tələbələri, Türkiyənin ən böyük geyilə bilən ayaqqabısını hazırlayıblar.

Tvit.az Türkiyə mediasına istinadən xəbər verir ki, layihənin ideyası Almaniyadakı bir şirkətin bağçasında nümayiş olunan nəhəng çəkmədən qaynaqlanıb. Tələbə Zəkəriyyə Atmacanın təşəbbüsü və digər kursantların dəstəyi ilə başlanan proses, ölkənin geyilə bilən ən böyük ölçülü modelinin ortaya çıxması ilə nəticələnib.

​Texnik Əhməd Çetinkaya istehsalın mərhələlərini belə izah edib:

​"İlk olaraq daxili qəlib strafor materialından hazırlanıb, üzərinə suvaq çəkilərək sərtləşdirilməsi gözlənilib. Real qəlib ölçüləri əsasında model yaradılıb. Yerli fabriklərin hədiyyə etdiyi dərilərdən istifadə olunaraq, yeddi böyük parça kəsilərək birləşdirilib. Altlığı da daxil olmaqla tamamilə dəridən hazırlanan ayaqqabı 222 ölçüsünə qədər böyüdülüb.

​Layihə rəhbəri Çetinkaya bildirib ki, bu ayaqqabı sadəcə bir maket deyil, bütün texniki parametrləri ilə geyilməyə yararlıdır:

​"Heç kimin ayağı bu ölçüdə deyil, lakin kiminsə həqiqətən 222 ölçülü ayağı olsaydı, bu ayaqqabını çox rahat şəkildə geyinə bilərdi. Hazırkı şərtlər daxilində istehsal edə biləcəyimiz ən böyük ölçü bu idi, lakin gələcəkdə daha böyüklərini hazırlamağı xəyal edirik".

 

Aysel Şirinova