Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ Zaxarova: Süni intellektdə hegemonluğa yol verməməliyik
ДРУГОЕ

Zaxarova: Süni intellektdə hegemonluğa yol verməməliyik

29-04-2026 23:00 19 Просмотров
IMG

Bir ölkənin süni intellekt (Sİ) sahəsində hegemonluq qurmasına icazə verilməməlidir, əks halda dünya "heç vaxt görmədiyi diktatura" ilə qarşılaşacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Maria Zaxarova 30-cu Rusiya İnternet Forumunda (RIF) bildirib.

 

Diplomatın sözlərinə görə, dünyada getdikcə daha çox insan istifadəçilərin təhlil edə, seçə və alternativləri görə biləcəyi çoxsaylı linklərə malik ixtisaslaşmış axtarış motorlarından daha çox, hazır cavablar təklif edən süni intellekt platformalarından istifadə edilir. 

 

Zaxarova "Süni intellekt və Geosiyasət" sessiyasında qeyd edib ki, insanlara bu məlumat son həqiqət kimi təqdim olunur:

 

"İnsanlar qərarları buna əsasən verirlər. Təkcə yerli həyatları ilə bağlı qərarlar deyil - onlar öyrədirlər, maarifləndirirlər və indi təqdim olunan həllərə əsasən müalicə edirlər".

 

Aysel Şirinova