Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Lukaşenko ilə Məsud Pezeşkian arasında telefon danışığı oldu
dünya

Lukaşenko ilə Məsud Pezeşkian arasında telefon danışığı oldu

30-04-2026 16:00 20 Просмотров
IMG

 Belarus Prezidenti Aleksandr Lukaşenko və Məsud Pezeşkyan arasında aprelin 30-da telefon danışığı baş tutub.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

 Məlumata əsasən, Pezeşkyan Lukaşenkoya Yaxın Şərqdəki vəziyyət barədə məlumat verib və həmçinin Tehranın Vaşinqtonla danışıqlarda rəsmi mövqeyini bildirib. Onun sözlərinə görə, etimadsızlıq münaqişənin sülh yolu ilə həllinə mane olan amildir.

 

"Belarus lideri ölkəmizin münaqişənin tezliklə həllində maraqlı olduğunu vurğulayıb. Öz növbəsində İran prezidenti Aleksandr Lukaşenkoya prinsipial və ardıcıl mövqeyinə görə təşəkkür edib", - deyə bildirilib.

 

Aysel Şirinova