Rəsmi məlumatlara görə, 2026 -cı il Pekin Avtomobil Sərgisinə 1,28 milyon ziyarətçi cəlb edib və sərgi miqyası və iştirak sayına görə qlobal rekordlar qırıb.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, sərgidə ümumilikdə 1 451 nəqliyyat vasitəsi nümayiş etdirilib.
Sərgi 65 min xarici qonaq və 32 min media nümayəndəsini, o cümlədən 4 min 125 beynəlxalq media nümayəndəsini cəlb edib. Tədbir zamanı 219 mətbuat konfransı, 50-dən çox sənaye forumu, zirvə görüşü və tanışlıq sessiyaları keçirilib.
İştirakçılar arasında 21 ölkə və regiondan avtomobil istehsalçıları, təchizatçılar və texnologiya şirkətləri olub.
Aysel Şirinova