Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Partlayışda xəsarət alan həkim öldü
turizm

Partlayışda xəsarət alan həkim öldü

05-05-2026 23:00 20 Просмотров
IMG

Aprelin 30-u Milli Onkologiya Mərkəzində baş verən partlayışda xəsarət alan həkim-radioloq Asif Nəsirli vəfat edib.

 

Tvit.az xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyi məlumat yayıb.

 

O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

 

"Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Akif oğlu Nəsirlinin vəfatından dərin kədər hissi keçirdiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

 

Allah rəhmət eləsin”,- paylaşımda deyilir.

 

Xatırladaq ki, 1988-ci il təvəllüdlü Mübariz Əliyev qanunsuz olaraq əldə edib saxlayaraq gəzdirdiyi partlayıcı vasitəni MOM-un Radiologiya şöbəsində partladıb. Hadisə nəticəsində M.Əliyev vəfat edib, həkim A.Nəsirli isə ağır xəsarət almışdı.