Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan "Meta"da işçilər və rəhbərlik arasında gərginlik pik həddə çatıb.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin işçilərin hər addımını izləyən yeni proqram təminatı tətbiq etməsi kütləvi etiraz aksiyalarına yol açıb.
Məlumata görə, "Meta" süni intellekt agentlərini təkmilləşdirmək məqsədilə işçilərin kompüter fəaliyyətini, o cümlədən klaviatura hərəkətləri və siçan (mouse) istifadəsini qeyd edən xüsusi sistem istifadəyə verib.
“Reuters”in məlumatına görə, işçilər bu addımı şəxsi həyatın toxunulmazlığının pozulması kimi qiymətləndirərək etiraz aksiyalarına başlayıblar. Ötən çərşənbə axşamı ABŞ-ın bir neçə ofisində şirkət rəhbərliyinə qarşı bəyanatların yer aldığı vərəqələr paylanılıb.
Etirazlar şirkət daxilində başladılan genişmiqyaslı petisiyadan sonra daha da kəskinləşib.
Aysel Şirinova