Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
siyasət

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

15-05-2026 15:00 33 Просмотров
IMG

Reallaşmaqda olan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək.

"Tvit.az" xəbər verir ki, bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Qazaxıstanın Türküstan şəhərində keçirilən qeyri-rəsmi Zirvə görüşündə deyib.

"Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız genişlənir. Cari qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Reallaşmaqda olan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək", - dövlət başçısı qeyd edib.

Prezidentin sözlərinə görə, Orta Dəhliz boyunca gömrük prosedurları sadələşdirilir:

"Türk Dövlətləri Təşkilatı çərçivəsində hazırlanmış "e-Permit" sistemi elektron icazələrin operativ şəkildə verilməsini təmin edir".