Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ DÇ-2026: Futbol həyəcanı ölümə səbəb oldu
СПОРТ

DÇ-2026: Futbol həyəcanı ölümə səbəb oldu

12-06-2026 13:00 16 Просмотров
IMG

DÇ-2026-nın açılışında - Meksika və Cənubi Afrika Respublikası milli komandalarının (2:0) qarşılaşması zamanı "Asteka" stadionunun yaxınlığında almaniyalı futbol azarkeşi ölüb.

 

Tvit.az Oxu.az-a istinadla xəbər verir ki, dünyasını dəyişən şəxs Almaniya vətəndaşıdır və onun 81 yaşı var idi.

 

İlkin ehtimallara əsasən, yaşlı azarkeş infarkt keçirib. O, dərhal Milli Kardiologiya İnstitutuna çatdırılsa da, həkimlər onun ölümünü təsdiqləyiblər.

 

Xatırladaq ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək davam edəcək. Nüfuzlu turnirdə hər birində dörd komanda olmaqla 12 qrupa bölünmüş 48 milli yığma iştirak edəcək. Üç ev sahibi ölkə (ABŞ, Kanada və Meksika) turnirdə birbaşa iştirak hüququ əldə edib, qalan komandalar isə müvafiq seçmə mərhələlərdən keçiblər.