İranla əldə edilən anlaşma memorandumundan sonra başlaması gözlənilən 60 günlük danışıqlar prosesi ərzində Amerika ordusu Yaxın Şərqdə qalacaq.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın yüksək vəzifəli rəsmisi bildirib.
Rəsmi qeyd edib ki, onlar yalnız danışıqlarda müsbət irəliləyiş gördükdən sonra bölgədəki hərbi mövcudluqlarını azaltmağa başlayacaqlar və əlavə edib ki, o vaxta qədər müvafiq bölmələr hazırkı vəzifələrində qalacaqlar.
Elmin Alışov