Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İran XİN ABŞ ilə razılaşmanın detallarını açıqladı
dünya

İran XİN ABŞ ilə razılaşmanın detallarını açıqladı

16-06-2026 18:00 19 Просмотров
IMG

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı xarici ölkələrin səfirləri və müvəqqəti işlər vəkilləri ilə görüşdə ABŞ ilə aparılan danışıqların iki mərhələyə bölündüyünü bildirib.


Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.


Əraqçının sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları nəticəsində yaranan mürəkkəb şərait səbəbindən tərəflər danışıqları mərhələli şəkildə aparmaq qərarına gəliblər.


O qeyd edib ki, birinci mərhələdə müharibənin dayandırılması, Hörmüz boğazı məsələsi, dəniz blokadasının aradan qaldırılması, İranın dondurulmuş vəsaitlərinin azad edilməsi və yenidənqurma ilə bağlı mövzular müzakirə olunacaq. Bu mərhələnin nəticəsi kimi tərəflər arasında Anlaşma Memorandumunun əldə edilməsi nəzərdə tutulur.


Nazirin sözlərinə görə, bundan sonra 60 günlük danışıqlar mərhələsi başlayacaq. Əraqçı vurğulayıb ki, yekun mərhələdə nüvə proqramı və sanksiyaların ləğvi ilə bağlı məsələlər müzakirə ediləcək. 


Elmin Alışov