ABŞ-nin Vaşinqton ştatında meşə yanğınları nəticəsində 1500 sakinə təxliyə əmri verilib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata əsasən, Qonşu Aydaho ştatı ilə həmsərhəd olan bölgənin şərq hissəsində meşələr yanır. Hər iki ştatdan yanğınsöndürənlər, o cümlədən aviasiya yanğının söndürülməsində iştirak edir.
Son məlumatlara görə, yanğın nəticəsində ən azı 15 yaşayış binası məhv olub. Onlar daha təhlükəsiz ərazilərə köçürülür.
Aysel Şirinova