Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Türkiyədə ağır zəncirvari QƏZA: Həlak olanlardan biri azərbaycanlı sürücüdür
turizm

Türkiyədə ağır zəncirvari QƏZA: Həlak olanlardan biri azərbaycanlı sürücüdür

19-06-2026 13:00 21 Просмотров
IMG

Türkiyənin Manisa vilayətinin Kula rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərdən biri Azərbaycan vətəndaşıdır.

 

Tvit.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, yük avtomobilinin sürücüsü Nadir Salmanov əslən azərbaycanlı olub.

 

Onun idarə etdiyi kimyəvi maddə daşıyan 99-ZC-168 nömrə nişanlı yük avtomobili Rüstəm Begenin sürdüyü nəqliyyat vasitəsinə arxadan çırpılıb. Ardınca hər iki avtomobil Osman Aktaşın idarə etdiyi digər yük maşınına çırpılıb.

 

Qəza nəticəsində 56 yaşlı Nadir Salmanov və sərnişin Aytekin Akkaya həyatlarını itiriblər.

 

Yaralılar Rüstəm Begen, Bülent Karabacak, Adem Kahyelioğlu və Osman Aktaş ilkin tibbi yardım göstərildikdən sonra Kula Dövlət Xəstəxanasına yerləşdiriliblər.