Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ PSJ-nin təcavüzdə ittiham olunan ulduzu məhkəmə qarşısına çıxacaq
СПОРТ

PSJ-nin təcavüzdə ittiham olunan ulduzu məhkəmə qarşısına çıxacaq

19-06-2026 13:00 30 Просмотров
IMG

PSJ-nin və Mərakeş milli komandasının müdafiəçisi Əşrəf Hakimi təcavüz ittihamı ilə bağlı məhkəmə prosesinə cəlb olunacaq.

 

Tvit.az AFP agentliyinə istinadən xəbər verir ki, apellyasiya məhkəməsi bununla bağlı qərarı təsdiqləyib.

 

Xatırladaq ki, Nanter prokurorluğu 2023-cü ilin mart ayında Hakimiyə rəsmi olaraq ittiham irəli sürüb. Məşhur idmançı həmin ilin fevralında polisə müraciət edən 24 yaşlı qıza təcavüz etməkdə günahlandırılır.

 

2025-ci ilin avqust ayında "Le Parisien" nəşri futbolçunu 15 ilə qədər həbs cəzası gözlədiyini və Nanter prokurorluğunun məhz bu cəzanı tələb etdiyini yazmışdı. Oyunçunun vəkilləri qərardan apellyasiya şikayəti versələr də, məhkəmə bu tələbi rədd edib.