ABŞ ilə anlaşma memorandumunun imzalanmasından sonra İran Hörmüz boğazından neft ixracını fəal şəkildə artırmağa başlayıb.
Tvit.az bu barədə “Blomberg” agentliyinə istinadən xəbər verir.
Supertankerlər İranın əsas neft ixrac terminalı olan Xarq adasında yüklənib. Bu həcmlər ölkənin cənub-şərqində, Oman körfəzi sahilində yerləşən Çabahar limanından göndərilən 20 milyon barelə əlavə idi. Nəticədə, İranın dəniz yolu ilə xam neft ixracı regionda müharibənin başlanğıcından bəri ən yüksək səviyyəyə çatıb.
Elmin Alışov