Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda tapıldı
sosial

Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda tapıldı

23-06-2026 20:00 37 Просмотров
IMG

Ağcabədidə itkin düşən yeniyetmələr tapılıb.

 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Tvit.az"a bildirilib ki, Ağcabədi rayonunda iki yeniyetmənin itkin düşərək naməlum istiqamətə getməsi və axtarışa elan olunması ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər keçirilib.

 

Tədbirlərlə həmin yeniyetmələrin Bakı şəhərində olduqları yer müəyyən olunub və aidiyyəti üzrə təhvil verilib.

 

Onların itkin düşməsində kriminal tərkib müəyyən olunmayıb.