Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Rutte: NATO hərbi istehsalını artırmalıdır
dünya

Rutte: NATO hərbi istehsalını artırmalıdır

24-06-2026 08:00 32 Просмотров
IMG

NATO-nun baş katibi Mark Rutte hərbi-sənaye kompleksi istehsalını artırmağın vacibliyini bildirib. 


Tvit.az xəbər verir ki, o, bu açıqlamanı “Fox News” nəşrinə verdiyi müsahibədə deyib.


Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp şirkətlər arasında istehsalın artırılması üçün birgə səyləri asanlaşdırmaq məqsədilə müdafiə tədarükü qanunvericiliyi üzərində işləyir. Şimali Atlantika Alyansının rəhbəri blokun Atlantik okeanının hər iki tərəfindəki arsenalını doldurmasının vacibliyini vurğulayıb.


Elmin Alışov