İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Azərbaycana işgüzar səfərə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Tvit.az-a verilən məlumata görə, səfər çərçivəsində İran İslam Şurası Məclisinin sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.