Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
turizm

Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

25-06-2026 20:00 15 Просмотров
IMG

Tovuzda uşaq bağçasının müdiriri iş otağında döyülüb.

 

Tvit.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Dönük Qırıqlı kəndində yerləşən uşaq bağçası - körpələr evində qeydə alınıb.

 

Məlumata görə, 50 yaşlı Elçin Səfərov (ad və soyad şərtidir) bağçaya gəlib. Burada müəssisənin müdiri, keçmiş həyat yoldaşı olan Şəfiqə ilə (şərti ad) aralarında mübahisə yaranıb. Mübahisə zamanı o, əvvəl qadını boğub, sonra isə kürəyinə bıçaqla bir neçə dəfə vuraraq xəsarət yetirib.

 

Elçin Səfərov faktla bağlı polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol tərtib olunub.

 

Məhkəmənin qərarı ilə Elçin Səfərov bir ay müddətinə inzibati qaydada həbs olunub.