Finlandiyanın nüvə silahlarının idxalı və yerləşdirilməsinə qoyulan qadağanı ləğv etməsi Rusiyanı əlavə siyasi və hərbi-texniki tədbirlər görməyə məcbur edəcək.
Tvit.az xəbər verir ki bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Finlandiyada qanunvericilik dəyişikliklərinin qəbul edilməsi ilə bağlı şərhində bildirib.
“Qanun layihəsi üzrə səsvermənin nəticələri (125 deputat lehinə, 61 deputat əleyhinə səs verib, 13 deputat isə səsvermədə iştirak etməyib) son bir neçə ildə Finlandiyada dərin kök salmış kor rusofobiyanın, bizim həmişə fin xalqına xas hesab etdiyimiz praqmatik və sağlam düşüncə üzərində qələbəsini həm parlaq, həm də acınacaqlı şəkildə nümayiş etdirir.
Aysel Şirinova