Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bakıda iki yolda asfalt örtüyü yenilənəcək
sosial

Bakıda iki yolda asfalt örtüyü yenilənəcək

30-06-2026 12:00 18 Просмотров
IMG

Bakının iki yol sahəsində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar frezlənmə və asfaltlanma işləri aparılacaq.

Bu barədə "Tvit.az"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, Hüseyn Cavid prospekti (Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək) bu gün saat 10:00-dan iyulun 3-ü, saat 07:00-dək yolun frezlənməsi və yeni asfalt örtüyünün döşənməsi işləri həyata keçiriləcək.

Həmçinin, Ayna Sultanova küçəsi (Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək) iyulun 1-i, saat 08:00-dan iyulun 6-sı, saat 08:00-dək asfalt örtüyünün yenilənməsi işləri aparılacaq.

Agentlik sürücülərdən xahiş edir ki, qeyd olunan tarixlərdə həmin ərazilərdə hərəkətin qismən məhdudlaşdırılacağını nəzərə alsınlar, mümkün olduqda alternativ marşrutlardan istifadə etsinlər və müvəqqəti yol nişanlarının və hərəkətin tənzimlənməsini həyata keçirən əməkdaşların göstərişlərinə əməl etsinlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə sürücülərdən və sakinlərdən anlayış göstərmələri xahiş olunur.