Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa İsraili ölkənin cənub bölgələrindəki aqressiv müdaxilələrə və sabitliyi pozmağa çalışmalarına görə qınayıb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"İsrailin hərbi əməliyyatları Suriyanın ərazi birliyini məhv etməyə, xaos yaratmağa və Suriya xalqının bərpa və dirçəliş yolunda irəliləmək qabiliyyətini zəiflətməyə yönəlib", - deyə o, bildirib.
Aysel Şirinova