Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İranın 6 milyard dollarlıq aktivlərinin taleyi qeyri-müəyyən olaraq qalır – Qətərdən açıqlama
dünya

İranın 6 milyard dollarlıq aktivlərinin taleyi qeyri-müəyyən olaraq qalır – Qətərdən açıqlama

30-06-2026 14:00 12 Просмотров
IMG

ABŞ–İran danışıqlarında hələlik İrana məxsus 6 milyard ABŞ dolları həcmində dondurulmuş aktivlərin azad edilməsi məsələsində irəliləyiş əldə olunmayıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari məlumat verib.

 

"Vəsaitlərin köçürülməsi məsələsi tərəflərin razılığına və danışıqların gedişinə bağlıdır. Hazırkı mərhələdə isə belə bir razılıq əldə olunmayıb", – deyə o, brifinqdə bildirib.

 

Diplomat xatırladıb ki, söhbət 2023-cü ildə İran və ABŞ arasında əldə edilmiş razılaşma çərçivəsində humanitar məqsədlər üçün istifadə olunması nəzərdə tutulan vəsaitdən gedir.

"Qətər bu vəsaitin sahibi deyil. Ölkə yalnız həmin vəsaitlərin idarə olunması üçün maliyyə vasitəçisi rolunu yerinə yetirir", – deyə əl-Ənsari vurğulayıb.

 

Aysel