Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Deşam dünya çempionatlarının tarixinə düşdü
СПОРТ

Deşam dünya çempionatlarının tarixinə düşdü

01-07-2026 15:00 19 Просмотров
IMG

Fransa millisinin baş məşqçisi Didye Deşam dünya çempionatlarında yeni rekorda imza atıb.

 

Tvit.az Qol.az-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssisin komandası DÇ-2026-nın 1/16 finalında İsveçi məğlub edib.

 

Bu, Deşamın mundiallar tarixində ümumilikdə 17-ci qələbəsi olub. Nəticədə o, dünya çempionatları tarixində ən çox qalibiyyət yaşayan baş məşqçi adını qazanıb. Fransalı mütəxəssis Almaniya millisinin sabiq baş məşqçisi Helmut Şönü geridə qoyub. Şönün hesabında 16 qələbə var idi.

 

57 yaşlı Deşam 2012-ci ildən Fransa millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 2018-ci ildə dünya çempionu olub, 2022-ci ildə isə mundialın gümüş mükafatını qazanıb.