Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ BMT dünyada həftədə neçə nəfərin süni intellekt köməkçilərindən istifadə etdiyini açıqlayıb
ДРУГОЕ

BMT dünyada həftədə neçə nəfərin süni intellekt köməkçilərindən istifadə etdiyini açıqlayıb

01-07-2026 22:00 21 Просмотров
IMG

BMT-nin süni intellekt üzrə müstəqil beynəlxalq elmi panelinin ilkin hesabatına görə, dünyada hər həftə 1 milyarddan çox insan ChatGPT, Claude və Gemini kimi danışıq süni intellekt (Sİ) sistemlərindən istifadə edir.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, mətndə deyilir ki, "Hazırda dünyada hər həftə bir milyarddan çox insan danışıq süni intellektindən istifadə edir".

 

Qeyd olunur ki, süni intellekt texnologiyalarının tətbiqi bütün ölkələrdə və iqtisadi sektorlarda sürətlənməyə davam edir, lakin "son dərəcə qeyri-bərabər şəkildə" baş verir.

 

Məsələn, Qlobal Cənubdakı ölkələr süni intellekt texnologiyalarını Qlobal Şimaldakı ölkələrə nisbətən xeyli yavaş tətbiq edirlər. BMT ekspertləri hətta inkişaf etmiş iqtisadiyyatlar arasında da hesablama infrastrukturunda və qabaqcıl modellərə çıxışda əhəmiyyətli bir boşluq müşahidə edirlər ki, bu da "mövcud bərabərsizlikləri əks etdirir və hətta onları daha da ağırlaşdıra bilər".

 

Aysel Şirinova