Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Rusiya Zaqafqaziya ölkələri arasında güc tətbiq edilməməsinə dair zəmanət tələb edib
dünya

Rusiya Zaqafqaziya ölkələri arasında güc tətbiq edilməməsinə dair zəmanət tələb edib

01-07-2026 23:00 16 Просмотров
IMG

Dünən Cenevrədə keçirilən beynəlxalq müzakirələr zamanı Rusiya tərəfi Abxaziya və Cənubi Osetiya respublikalarının davamlı təhlükəsizliyini təmin etmək üçün praktik tədbirlərin görülməsini, onlarla Gürcüstan arasında güc tətbiq edilməməsini hüquqi cəhətdən təmin etməyi tələb edib.

 

Tvit.az "Tass"a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, belə bir yanaşma regionda sabitliyin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə olardı.

 

30 iyun - 1 iyul tarixlərində Cenevrədə keçirilən Qafqazda Təhlükəsizlik və Sabitlik üzrə Beynəlxalq Müzakirələrin (BMTB) 67-ci raundu zamanı Abxaziya, Gürcüstan, Cənubi Osetiya, Rusiya və ABŞ-ın rəsmi nümayəndələri bu formatda işi davam etdirməyə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

 

Bu format "Tbilisi ilə Suxumi və Sxinvali arasında münaqişədən sonrakı münasibətlərin bərpası ilə bağlı davam edən birbaşa dialoq üçün etibarlı danışıqlar çərçivəsi təmin edir".

 

Aysel Şirinova