Sony şirkəti 2028-ci ildən etibarən PlayStation oyunlarının fiziki nüsxələrinin istehsal olunmayacağını açıqlayıb.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi açıqlamaya görə, PlayStation konsollarında buraxılan bütün yeni oyunlar üçün fiziki disk istehsalı 2028-ci ilin yanvar ayından etibarən tamamilə dayandırılacaq.
Beləliklə, həmin tarixdən sonra mağaza rəflərində parlaq mavi plastik qutular görmək keçmişdə qalacaq. Növbəti nəsil oyunlar yalnız PlayStation Store-da və pərakəndə satış mağazalarında rəqəmsal şəkildə mövcud olacaq.
Aysel Şirinova