Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik etdi
siyasət

İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik etdi

03-07-2026 12:00 36 Просмотров
IMG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib.

 

Tvit.az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

 

"Dövlət bayramı - Belarus Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

 

Azərbaycan ilə Belarus arasında münasibətlər yüksə səviyyədə qarşılıqlı anlaşma, sıx qarşılıqlı fəaliyyət ilə xarakterizə olunur. Xalqlarımız arasında möhkəm dostluq və qarşılıqlı dəstək ənənələri, həmçinin yüksək səviyyədə razılaşmaların uğurla həyata keçirilməsi dövlətlərarası əlaqələrimizi keyfiyyətli məzmunla zənginləşdirir və istiqamətlərin bütün spektri üzrə ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə kömək edir.

 

Əminəm ki, birgə səylərlə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında çoxplanlı qarşılıqlı fəaliyyət və strateji tərəfdaşlıq dost xalqlarımızın və ölkələrimizin rifahı naminə gələcəkdə də ardıcıl olaraq genişlənəcək və dərinləşəcəkdir.

 

Hörmətli Aleksandr Qriqoryeviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə uğurlar, dost Belarus xalqına isə əmin-amanlıq və tərəqqi arzulayıram".