Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İran–Əfqanıstan sərhədində atışma: Ölənlər və yaralananlar var
dünya

İran–Əfqanıstan sərhədində atışma: Ölənlər və yaralananlar var

03-07-2026 16:00 23 Просмотров
IMG

İran sərhədçilərinin Əfqanıstandan İrana keçmək istəyən miqrantlara atəş açdığı bildirilir.


Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.


Məlumata görə, hadisə Əfqanıstanın Herat əyalətinin İranla sərhəddə yerləşən Kəmanə və Bünyadxan kəndləri yaxınlığında baş verib.


Atəş nəticəsində iki nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb. Yaralılar Heratdakı xəstəxanalara yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağırdır.


Hadisə ilə bağlı İran tərəfi və Taliban hökuməti hələlik rəsmi açıqlama verməyib. 


Elmin Alışov