Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Neymar yaşıl meydanlarla vidalaşmağa hazırlaşır
СПОРТ

Neymar yaşıl meydanlarla vidalaşmağa hazırlaşır

09-07-2026 12:00 26 Просмотров
IMG

Braziliya yığmasının tarixində ən çox qol vuran futbolçu olan Neymar 2026-cı ildə peşəkar karyerasını başa vura bilər.

 

Tvit.az xəbər verir ki, bu barədə Braziliyanın UOL media şirkəti yayıb.

 

Braziliya millisi dünya çempionatının 1/8 final mərhələsində mübarizəni dayandırdıqdan sonra Neymar ABŞ-də qalaraq ailəsi ilə vaxt keçirir.

 

O, gələcək fəaliyyəti ilə bağlı qərarını məhz bundan sonra verəcək. Futbolçunun çıxış etdiyi "Santos" klubunun məşqçilər korpusundakı mənbələr hücumçunun müqaviləni ləğv edərək peşəkar futboldan gedə biləcəyini istisna etmirlər. Hücumçunun "Santos"la hazırkı müqaviləsi 2026-cı ilin sonuna qədər nəzərdə tutulub.

 

Hazırda 34 yaşı olan Neymar 2025-ci ilin yanvarında Braziliyanın "Santos" komandasına transfer olunub. Buna qədər o, Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun şərəfini qoruyub. "Əl-Hilal"a keçməzdən öncə isə ulduz futbolçu Fransanın PSJ klubunda çıxış edib. 2017-ci ildə Paris təmsilçisi onun transferi üçün İspaniya "Barselona"sına dünya futbolu üçün rekord məbləğ sayılan 222 milyon avro ödəmişdi.

 

Neymar Braziliya milli komandasının bütün dövrlər üzrə ən sərrast oyunçusudur. Yığmada keçirdiyi 130 oyunda o, rəqib qapılarından 80 top keçirib.