Gürcüstan İnfrastruktur Nazirliyinin Yol Departamenti ölkəni Azərbaycan və Ermənistanla birləşdirən avtomobil yollarını yeni dördzolaqlı yolla əvəz edilməsi üçün beynəlxalq tender elan edib.
Tvit.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatında məlumat verilib.
Layihənin ümumi dəyəri 250 milyon avro təşkil edir və Avropa İnvestisiya Bankından alınan kredit hesabına maliyyələşdirilir.
Yeni magistral yollar Rustavi şəhərindən başlayacaq, Qırmızı Körpü və Sadaxlı istiqamətində inşa olunacaq.
Layihə üçün elan edilmiş tenderlərlə ümumi uzunluğu 61.3 kilometr olan dördzolaqlı yolun tikintisi nəzərdə tutulur.
Qeyd olunur ki, hazırda Gürcüstanı Azərbaycan və Ermənistanla birləşdirən magistral yollar ikizolaqlıdır və əsasən yaşayış məntəqələrindən keçir. Yeni çəkiləcək yollar isə nəqliyyatın hərəkət intensivliyini artıracaq və sıx məskunlaşmış ərazilərdən yan keçəcək.
Yeni tenderə əsasən, şirkətlər təkliflərini avqustun 14-nə qədər dövlətə təqdim etməlidir.