Futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin ilk qarşılaşması başlayıb.
Tvit.az xəbər verir ki, Fransa millisi Mərakeş yığması ilə qarşılaşır.
***
Kilian Mbappe matçın 28-ci dəqiqəsində penalti zərbəsini dəqiq yerinə yetirə bilmədi.
***
İlk hissədə hesab açılmadı: 0-0.
***
Mbappe 60-cı dəqiqədə hesabı açdı: 1-0.
***
Usman Dembele 66-cı dəqiqədə fərqi artırdı: 2-0.
***
Fransa Mərakeşi 2-0 hesabı ilə məğlub etdi. Bununla Avropa komandası yarımfinala vəsiqə qazandı.