Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Balakəndə zəncirvari qəza olub, 3 nəfər ölüb
turizm

Balakəndə zəncirvari qəza olub, 3 nəfər ölüb

10-08-2026 10:00 65 Просмотров
IMG

Balakəndə avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb.

 

Tvit.az-ın Report-a istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında Katex kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, "Hyundai", "KİA" və "Toyota" markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər ölüb, xəsarət alanlar var.

 

İlkin məlumata görə, hadisə zamanı "Hyundai" markalı avtomobilin sürücüsü, Balakən rayon sakini Hoorsova Məryəm Kamil qızı, "Toyota" markalı avtomobilin sərnişini Mütəllibov Rəşad Yaşar oğlu hadisə yerində ölüb. Digər ölən şəxsin kimliyi araşdırılır.

 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.