Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Ukrayna Rusiyanın tərəfdaşları ilə münasibətləri pozdu - Zaxarova
dünya

Ukrayna Rusiyanın tərəfdaşları ilə münasibətləri pozdu - Zaxarova

10-08-2026 23:00 18 Просмотров
IMG

Ukrayna Silahlı Qüvvələri qəsdən Nijnekamskda xaricilərin yaşayış yerinə zərbə endirərək Rusiya Federasiyasının dost ölkələrlə qardaşlıq münasibətlərini pozmağa çalışıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova dsanışıb.

 

 

Diplomat qeyd edib ki, zərbə nəticəsində azı 13 nəfər həlak olub, onların əksəriyyəti xarici vətəndaşdır (ilkin məlumata görə, 8 Özbəkistan vətəndaşı və 1 Tacikistan vətəndaşı), təxminən 20 xarici isə yaralanıb.

 

"Kiyev neo-nasistləri dost dövlətlərin nümayəndələrinin yaşayış yerlərinə və iş yerlərinə qəsdən zərbə vuraraq xalqlarımız arasında qardaşlıq münasibətlərini pozmağa çalışırlar.

Ukrayna Silahlı Qüvvələrinin terror hücumları nəticəsində yalnız sülhsevər ruslar deyil, digər ölkələrin vətəndaşları da əziyyət çəkir. Qurbanların ailə və dostlarına səmimi başsağlığımızı bildiririk və yaralılara tezliklə sağalmasını arzulayırıq. Biz beynəlxalq ictimaiyyətin bütün üzvlərini Ukronazilərin vəhşi cinayətlərini qınamağa çağırırıq,"-  Zaxarova yekun oalraq qeyd edib.

 

Aysel Şirinova