Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ Apple-dan qeyri-adi seçim: iPhone Ultra fərqli selfi kameralarına sahib ola bilər
ДРУГОЕ

Apple-dan qeyri-adi seçim: iPhone Ultra fərqli selfi kameralarına sahib ola bilər

13-08-2026 23:00 13 Просмотров
IMG

Apple-ın ilk qatlanan telefonu olacağı gözlənilən iPhone Ultra-nın gələn ay iPhone 18 Pro və iPhone 18 Pro Max ilə birlikdə təqdim ediləcəyi iddia olunur.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, cihaz həm daxili, həm də xarici ekranda selfi kamerasına sahib olacaq.

 

Ən diqqətçəkən detal isə xarici ekrandakı kameranın yuxarı sağ küncdə yerləşdiriləcəyi iddiasıdır. Daxili ekrandakı kameranın da yuxarı sol küncdə yerləşəcəyi bildirilir. Bu, iPhone Ultra-nı rəqiblərindən fərqləndirən qeyri-adi dizayn seçimi ola bilər.

 

Bununla belə, məlumatların aksesuar istehsalçılarına aid CAD fayllarına əsaslandığı və yekun məhsulun dizaynını əks etdirməyə biləcəyi vurğulanır. Hazırda bazardakı əksər qatlanan modellərdə xarici selfi kamerası ekranın mərkəzində yerləşir.

 

Aysel Şirinova