Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ Çində istehsal olunan Hyundai satışa çıxarılır - TARİX
ДРУГОЕ

Çində istehsal olunan Hyundai satışa çıxarılır - TARİX

13-08-2026 23:00 7 Просмотров
IMG

Koreyanın Hyundai şirkəti ilə BAIC arasında yaradılmış birgə müəssisə tərəfindən Çində istehsal olunan Hyundai Ioniq V elektrikli avtomobilinin ilkin satışlarına 21 avqustda start veriləcək.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Çin bazarı üçün xüsusi hazırlanan fastback modelinin ilkin təqdimatı 2026-cı ildə keçirilən Pekin Avtomobil Sərgisində baş tutub. Hazırda avtomobilin Çin xarici bazarlara çıxarılması planlaşdırılmır.

 

İlkin satışların 21 avqustda Çendu 2026 Avtomobil Sərgisi çərçivəsində başlanacağı açıqlanıb. Çendu sərgisi Pekin, Şanxay və Quançjou ilə birlikdə Çinin ən böyük avtomobil sərgilərindən biri hesab olunur. Bu il sərgidə 220 min kvadratmetr ərazidə 120 brendin 1600-dən çox modeli nümayiş etdiriləcək.

 

Hyundai Ioniq V qeyri-adi fastback dizaynı ilə diqqət çəkir. Avtomobilin kapotu ön şüşə ilə demək olar ki, vahid xətt təşkil edir. Model səkkiz rəng seçimi ilə təqdim olunur.

 

Avtomobilin uzunluğu 4900, eni 1890, hündürlüyü isə 1470 millimetrdir. Təkər bazasının uzunluğu 2900 millimetr təşkil edir.

 

Ioniq V 66,8 kVt/saatlıq batareya və 168 kVt gücündə elektrik mühərriki ilə təchiz edilib. Modelin bir doldurulma ilə 620 kilometrədək məsafə qət edə bildiyi bildirilir.

 

Salonun əsas xüsusiyyətlərindən biri 27 düymlük ikili ekran sistemidir. Avtomobil, həmçinin Momenta şirkəti tərəfindən hazırlanmış sürücüyə yardım sisteminə sahibdir. Modelin boş kütləsi versiyadan asılı olaraq 1707–1808 kiloqram arasında dəyişir.

 

Aysel Şirinova