Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Yeni Suraxanıda qaz olmayacaq
sosial

Yeni Suraxanıda qaz olmayacaq

24-09-2026 09:00 219 Просмотров
IMG

Bu gün Bakının Suraxanı rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.

 

Tvit.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

 

Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yeni Suraxanı qəsəbəsinin T. Nərimanov, 14 İyul və M. Ə. Sabir küçələrinin qaz təchizatında qisamüddətli fasilə yaranacaq.