Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Qəzza sakinlərinin üçüncü ölkələrə köçürülməsi müzakirə olunur - Netanyahu
siyasət

Qəzza sakinlərinin üçüncü ölkələrə köçürülməsi müzakirə olunur - Netanyahu

22-10-2026 15:00 46 Просмотров
IMG

İsrailin Baş naziri Binyamin Netanyahu Qəzza zolağında yaşayan fələstinlilərin üçüncü ölkələrə köçürülməsi imkanları ilə bağlı danışıqların aparıldığını bildirib.

 

 

Tvit.az xəbər verir ki, bu barədə Binyamin Netanyahu “Israel National News” nəşrinə müsahibəsində deyib.

 

Baş nazirin sözlərinə görə, sözügedən istiqamətdə müəyyən irəliləyiş əldə olunsa da, əsas çətinlik fələstinliləri qəbul etməyə razılıq verəcək ölkələrin müəyyənləşdirilməsidir.

 

“Əsas problem onları qəbul etməyə razı olacaq ölkələrin tapılmasıdır. Biz bu istiqamətdə də işləyirik. Mən şəxsən bu məsələyə böyük diqqət ayırıram və artıq müəyyən irəliləyişlər var. Lakin hələlik təfərrüatları açıqlamaq istəmirəm”, – deyə Netanyahu vurğulayıb.