Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Xocavənd və Ağdərəyə növbəti köç: 42 ailə yola salındı
sosial

Xocavənd və Ağdərəyə növbəti köç: 42 ailə yola salındı

23-10-2026 12:00 15 Просмотров
IMG

Böyük Qayıdış çərçivəsində Xocavənd və Ağdərə rayonlarının 5 yaşayış məntəqəsinə daha 42 ailə (163 nəfər) yola salınıb.

 

Tvit.az"Report"a istinadən xəbər verir ki, Xocavənd şəhəri, rayonun Quzeyxırman, Xocavənd kəndləri və Hadrut qəsəbəsinə, həmçinin Ağdərə rayonunun Heyvalı kəndinə növbəti qayıdış baş tutub.

 

Bu mərhələdə Xocavənd şəhərinə 24 (86 nəfər), Quzeyxırmana 11 (53 nəfər), Xocavəndə 3 (11 nəfər), Hadrut qəsəbəsinə 2 (6 nəfər), Ağdərə rayonunun Heyvalıya isə 2 ailə (7 nəfər) köçürülüb.