Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Hörmüz boğazında tankerlərdən biri mərmi ilə vuruldu
dünya

Hörmüz boğazında tankerlərdən biri mərmi ilə vuruldu

26-10-2026 15:00 14 Просмотров
IMG

Hörmüz boğazından keçən tankerlərdən biri naməlum mərminin zərbəsinə məruz qalıb.


Tvit.az xəbər verir ki, bunu Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları (UKMTO) məlumat yayıb.


Qurumunun məlumatına görə, hadisə nəticəsində insan tələfatı qeydə alınmayıb.


Hazırda tankerin aldığı zərərin miqyası və hadisənin ətraf mühitə mümkün təsiri barədə məlumat yoxdur. İnsidentlə bağlı araşdırmalara başlanılıb.


Elmin Alışov